Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Cey Di Vens: “Respublikaçıların aralıq seçkilərdə məğlubiyyətinin səbəbi İranla müharibədir”Gürcüstan XİN: “Avropa Komissiyasının hesabatı anti-Gürcü narrativlərin möhkəmlənməsinə töhfə verir”InterPress.ge saytının fəaliyyəti bərpa olunubAvropa Komissiyasının hesabatı: Gürcüstan hakimiyyətinin anti-Avropa ritorikası ölkənin Aİ-yə üzvlük istəyinə zidd olubAvropa Komissiyası: Gürcüstanda məhkəmə sistemi və fundamental hüquqlar sahəsində geriləmə ardıcıl üçüncü ildir davam edirPavel Herçinski: “Gürcüstan nə vaxtsa Avropa İttifaqına üzv olmaq istəyirsə, Avropa qanunlarını qəbul etməlidir”“İnterpol”un qırmızı bülleteni ilə axtarışda olan Türkiyə vətəndaşı saxlanılıbTbilisidə külli miqdarda metadonla bağlı iki xarici ölkə vətəndaşı saxlanılıbCey Di Vens: “Respublikaçıların aralıq seçkilərdə məğlubiyyətinin səbəbi İranla müharibədir”Gürcüstan XİN: “Avropa Komissiyasının hesabatı anti-Gürcü narrativlərin möhkəmlənməsinə töhfə verir”InterPress.ge saytının fəaliyyəti bərpa olunubAvropa Komissiyasının hesabatı: Gürcüstan hakimiyyətinin anti-Avropa ritorikası ölkənin Aİ-yə üzvlük istəyinə zidd olubAvropa Komissiyası: Gürcüstanda məhkəmə sistemi və fundamental hüquqlar sahəsində geriləmə ardıcıl üçüncü ildir davam edirPavel Herçinski: “Gürcüstan nə vaxtsa Avropa İttifaqına üzv olmaq istəyirsə, Avropa qanunlarını qəbul etməlidir”“İnterpol”un qırmızı bülleteni ilə axtarışda olan Türkiyə vətəndaşı saxlanılıbTbilisidə külli miqdarda metadonla bağlı iki xarici ölkə vətəndaşı saxlanılıb
TV

İrakli Kobaxidze: “Xarici təsirin şəffaflığı haqqında” qanunu kobud şəkildə ləğv etdirmək istəyirlər, bu, belə olmayacaq”

31 dəq oxu
İrakli Kobaxidze: “Xarici təsirin şəffaflığı haqqında” qanunu kobud şəkildə ləğv etdirmək istəyirlər, bu, belə olmayacaq”
Dinləmək üçün basın

“Onlar kobud şəkildə bizim bu qanunu (“Xarici təsirin şəffaflığı haqqında” qanunu) ləğv etməyimizi istəyirlər. Bu, belə olmayacaq”.

InterPress.ge xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinskinin “Gürcüstan Avropa İttifaqına üzv olmaq istəyirsə, Amerika, Rusiya, Çin və ya başqa ölkələrin deyil, Avropa qanunlarını qəbul etməlidir” açıqlamasına belə cavab verib.

İrakli Kobaxidzenin sözlərinə görə, məhz şəffaflıq Avropa standartıdır.

“Görürsünüz ki, Avropanın bir sıra ölkələrində analoji qanunlar qəbul edilir. Söhbət xarici hökumətlər tərəfindən maliyyələşdirilən təşkilatların ildə bir dəfə müvafiq quruma bəyannamə təqdim etməsindən gedir. Bundan artıq heç nə tələb olunmur. Bununla bağlı müzakirəyə də girmək istəmirlər. Sadəcə, kobud şəkildə bu qanunu ləğv etməyimizi istəyirlər. Bu, belə olmayacaq.

Bu qanunun konkret təsiri və nəticəsi olub. Nəticə ondan ibarətdir ki, ölkəmizdə xarici agentura demək olar ki, tamamilə zərərsizləşdirilib. Onların xoşuna gəlməyən də budur – xarici agenturanın zərərsizləşdirilməsi”, – deyə İrakli Kobaxidze bildirib.