Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Cey Di Vens: “Respublikaçıların aralıq seçkilərdə məğlubiyyətinin səbəbi İranla müharibədir”InterPress.ge saytının fəaliyyəti bərpa olunubAvropa Komissiyasının hesabatı: Gürcüstan hakimiyyətinin anti-Avropa ritorikası ölkənin Aİ-yə üzvlük istəyinə zidd olubAvropa Komissiyası: Gürcüstanda məhkəmə sistemi və fundamental hüquqlar sahəsində geriləmə ardıcıl üçüncü ildir davam edirPavel Herçinski: “Gürcüstan nə vaxtsa Avropa İttifaqına üzv olmaq istəyirsə, Avropa qanunlarını qəbul etməlidir”“İnterpol”un qırmızı bülleteni ilə axtarışda olan Türkiyə vətəndaşı saxlanılıbTbilisidə külli miqdarda metadonla bağlı iki xarici ölkə vətəndaşı saxlanılıbFermerlər Assosiasiyası: “İşçi qüvvəsi kənd təsərrüfatının əsas üç probleminə daxildir”Cey Di Vens: “Respublikaçıların aralıq seçkilərdə məğlubiyyətinin səbəbi İranla müharibədir”InterPress.ge saytının fəaliyyəti bərpa olunubAvropa Komissiyasının hesabatı: Gürcüstan hakimiyyətinin anti-Avropa ritorikası ölkənin Aİ-yə üzvlük istəyinə zidd olubAvropa Komissiyası: Gürcüstanda məhkəmə sistemi və fundamental hüquqlar sahəsində geriləmə ardıcıl üçüncü ildir davam edirPavel Herçinski: “Gürcüstan nə vaxtsa Avropa İttifaqına üzv olmaq istəyirsə, Avropa qanunlarını qəbul etməlidir”“İnterpol”un qırmızı bülleteni ilə axtarışda olan Türkiyə vətəndaşı saxlanılıbTbilisidə külli miqdarda metadonla bağlı iki xarici ölkə vətəndaşı saxlanılıbFermerlər Assosiasiyası: “İşçi qüvvəsi kənd təsərrüfatının əsas üç probleminə daxildir”
TV

Gürcüstan XİN: “Avropa Komissiyasının hesabatı anti-Gürcü narrativlərin möhkəmlənməsinə töhfə verir”

1
Gürcüstan XİN: “Avropa Komissiyasının hesabatı anti-Gürcü narrativlərin möhkəmlənməsinə töhfə verir”
Dinləmək üçün basın

“Faktiki qeyri-dəqiqliklər və yanlış qiymətləndirmələr səbəbindən Avropa Komissiyasının hesabatının anti-Gürcü narrativlərin möhkəmlənməsinə töhfə verməsi narahatlıq doğurur. Bu isə öz növbəsində Avropa İttifaqının Gürcüstanla konstruktiv əməkdaşlıq və dialoq imkanlarını məhdudlaşdırır”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib. Nazirliyin açıqlamasına görə, Gürcüstan tərəfi Avropa Komissiyasının hesabatını ətraflı araşdıracaq və Komissiyaya əsaslandırılmış şərhlər təqdim edəcək.

Bəyanatda qeyd olunub ki, 2026-cı il noyabrın 4-də Avropa Komissiyası genişlənmə siyasəti ilə bağlı birgə kommunike yayımlayıb. Sənədə namizəd və potensial namizəd ölkələrin, o cümlədən Gürcüstanın Avropa İttifaqına üzvlük istiqamətində göstərdiyi səylər barədə hesabat daxil edilib.

“Bildiyimiz kimi, Avropa Komissiyasının hesabatında il ərzində əldə edilmiş irəliləyiş namizəd ölkələrin təqdim etdiyi məlumatlar, eləcə də Aİ ilə Assosiasiya Sazişində nəzərdə tutulan dialoq formatları çərçivəsində aparılan işlər əsasında əks olunur.

Təəssüf doğurur ki, hesabat dövründə Avropa İttifaqı tərəfi Avropa Şurasının 2024-cü il iyunun 27-də qəbul etdiyi nəticələrə əsaslanaraq, Gürcüstan tərəfi ilə dialoqun dayandırılmasını bəhanə gətirib və Assosiasiya Sazişində nəzərdə tutulan heç bir görüşü heç bir səviyyədə keçirməyib. Bu isə Avropa Komissiyasının irəliləyişi obyektiv qiymətləndirmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

Faktiki qeyri-dəqiqliklər və yanlış qiymətləndirmələr səbəbindən hesabatın anti-Gürcü narrativlərin möhkəmlənməsinə töhfə verməsi narahatlıq doğurur. Bu isə öz növbəsində Avropa İttifaqının Gürcüstanla konstruktiv əməkdaşlıq və dialoq imkanlarını azaldır.

Xalqın böyük üstünlüklə seçdiyi hakimiyyətin dövlət idarəçiliyini dövlətin ələ keçirilməsi kimi təqdim etmək cəhdi Avropa Komissiyasının hesabatında qəbuledilməzdir. İstənilən demokratik cəmiyyətdə seçilmiş hakimiyyətin dövlət və öz seçiciləri qarşısında öhdəliyi məhz ölkəni idarə etməkdir.

Hesabatın selektiv təhlil əsasında hüquqi məsələlərin siyasiləşdirilməsi cəhdlərinə şərait yaratması narahatlıq doğurur. Bu, hüququn aliliyi prinsipini sarsıdır və ölkənin daxili işlərinə açıq müdaxilə cəhdidir.

Müxtəlif aktorların Gürcüstana qarşı yönəlmiş hərəkətləri ilə bağlı gürcü siyasətçilərin verdiyi cavab bəyanatlarının düşmənçilik ritorikası kimi qiymətləndirilməsi ifadə azadlığı prinsipinə hücumdur. Bu, etimadı sarsıtmağa xidmət edir və Gürcüstanla Avropa İttifaqı arasında tərəfdaşlığın əsaslarına zərər vurur.

Genişlənmə hesabatı Gürcüstanla bağlı əsasən qərəzli qiymətləndirmələrin səsləndirilməsi və siyasi spekulyasiyaların möhkəmləndirilməsi üçün istifadə olunsa da, Gürcüstan tərəfi Avropa Komissiyasının hesabatını ətraflı araşdıracaq və Komissiyaya əsaslandırılmış şərhlər təqdim edəcək.

Gürcüstan Xarici İşlər Nazirliyi qarşılıqlı hörmət əsasında Avropa İttifaqı ilə açıq və konstruktiv dialoqa hazır olduğunu bir daha təsdiqləyir”, – deyə bəyanatda bildirilib.

Məqalənin müəllifikurbanovnahid