InterPress.ge xəbər verir ki, bu barədə Avropa Komissiyasının 2026-cı il üzrə genişlənmə hesabatının Gürcüstana aid bölməsində qeyd olunub.
Hesabata əsasən, baş nazirin 2024-cü ilin noyabrında hökumətin 2028-ci ilə qədər Aİ-yə üzvlüklə bağlı danışıqların başlanması istiqamətində addım atmayacağı barədə bəyanatı Konstitusiya və 2025–2028-ci illər üçün hökumət proqramı ilə müəyyən edilmiş prioritetlərə ziddir.
“Bu, həmçinin Gürcüstan vətəndaşlarının Avropa İttifaqına üzvlüyə dəstəyi ilə kəskin ziddiyyət təşkil edir. Aİ ilə inteqrasiya məsələləri formal olaraq Xarici İşlər Nazirliyinin Avropa İttifaqı ilə İnteqrasiya üzrə Baş Direktorluğunun koordinasiyası altında qalmaqda davam edib. Parlamentdə fəaliyyət göstərən Avropa İttifaqı ilə İnteqrasiya Komitəsi nəzarət funksiyasını qoruyub saxlayıb. Hesabat dövründə Avropa İttifaqı ilə Gürcüstan arasında yüksək səviyyəli siyasi görüş keçirilməyib”, – deyə hesabatda bildirilib.
Hesabata görə, idarəçilik sahəsində Gürcüstanda siyasi hakimiyyətin hakim partiyada və icra hakimiyyəti institutlarında mərkəzləşdirilməsi və cəmləşdirilməsi tendensiyası davam edib. Dövlət hakimiyyəti orqanları yerli səviyyədə qərarların qəbul edilməsi prosesinə siyasi, inzibati və maliyyə təzyiqləri göstəriblər.
