Bizimlə əlaqəHaqqımızda—
Ən son:
InterPress.ge saytının fəaliyyəti bərpa olunubAvropa Komissiyasının hesabatı: Gürcüstan hakimiyyətinin anti-Avropa ritorikası ölkənin Aİ-yə üzvlük istəyinə zidd olubAvropa Komissiyası: Gürcüstanda məhkəmə sistemi və fundamental hüquqlar sahəsində geriləmə ardıcıl üçüncü ildir davam edirPavel Herçinski: “Gürcüstan nə vaxtsa Avropa İttifaqına üzv olmaq istəyirsə, Avropa qanunlarını qəbul etməlidir”“İnterpol”un qırmızı bülleteni ilə axtarışda olan Türkiyə vətəndaşı saxlanılıbTbilisidə külli miqdarda metadonla bağlı iki xarici ölkə vətəndaşı saxlanılıbFermerlər Assosiasiyası: “İşçi qüvvəsi kənd təsərrüfatının əsas üç probleminə daxildir”Gürcüstanda qeydiyyatda olan avtomobillərin sayı 2 milyonu ötüb - Ən çox hansı bölgədədir?InterPress.ge saytının fəaliyyəti bərpa olunubAvropa Komissiyasının hesabatı: Gürcüstan hakimiyyətinin anti-Avropa ritorikası ölkənin Aİ-yə üzvlük istəyinə zidd olubAvropa Komissiyası: Gürcüstanda məhkəmə sistemi və fundamental hüquqlar sahəsində geriləmə ardıcıl üçüncü ildir davam edirPavel Herçinski: “Gürcüstan nə vaxtsa Avropa İttifaqına üzv olmaq istəyirsə, Avropa qanunlarını qəbul etməlidir”“İnterpol”un qırmızı bülleteni ilə axtarışda olan Türkiyə vətəndaşı saxlanılıbTbilisidə külli miqdarda metadonla bağlı iki xarici ölkə vətəndaşı saxlanılıbFermerlər Assosiasiyası: “İşçi qüvvəsi kənd təsərrüfatının əsas üç probleminə daxildir”Gürcüstanda qeydiyyatda olan avtomobillərin sayı 2 milyonu ötüb - Ən çox hansı bölgədədir?
TV

Rati İonatamişvili: “Heç kim inkar edə bilməz ki, unudulmuş Abastuman kurortuna yeni həyat verilməsi məhz Bidzina İvanişvilinin xidmətidir”

176
Rati İonatamişvili: “Heç kim inkar edə bilməz ki, unudulmuş Abastuman kurortuna yeni həyat verilməsi məhz Bidzina İvanişvilinin xidmətidir”
Dinləmək üçün basın

“Gürcü Arzusu” partiyasının nümayəndəsi Rati İonatamişvili Abastumanın bərpası və Bidzina İvanişvilinin xeyriyyə layihələri ilə bağlı yayılan fikirlərə münasibət bildirib.

InterPress.ge xəbər verir ki, Gürcüstan parlamentinin İnsan Hüquqlarının Müdafiəsi və Vətəndaş İnteqrasiyası Komitəsinin sədri Rati İonatamişvili sosial şəbəkədə paylaşımında Bidzina İvanişvilinin xeyriyyə fəaliyyətinə qarşı hücumları və “yalan məlumatların yayılmasını” radikal müxalifətin fəaliyyətinin mühüm hissəsi adlandırıb.

İonatamişvili Tamar çerqoleişvilinin Abastumanın reabilitasiyası və İvanişvilinin xeyriyyə layihələri ilə bağlı açıqlamalarına cavab verərək onları “tamamilə yalan və absurd” adlandırıb.

Deputat Abastumanda həyata keçirilən layihələrə toxunaraq bildirib ki, Bidzina İvanişvili kurortda dəyəri 100 milyon dollardan çox olan unikal hotel inşa etdirir. Onun sözlərinə görə, layihə tamamilə xeyriyyə xarakteri daşıyır və hotel fəaliyyətə başladıqdan sonra əldə olunacaq gəlirin hər qəpiyi xeyriyyə fonduna yönəldiləcək.

İonatamişvili çerqoleişvilinin İvanişvilinin Abastumanda ağciyər xəstəlikləri mərkəzi inşa etməsi qarşılığında tarixi vərəm xəstəxanasının ərazisini əldə etdiyi barədə iddiasını da tənqid edib.

Onun sözlərinə görə, İvanişvili öz vəsaiti hesabına müasir texnologiyalarla təchiz edilmiş ağciyər xəstəlikləri mərkəzi inşa edib və bunun müqabilində heç bir əmlak əldə etməyib. Daha sonra isə köhnə və istifadəyə yararsız xəstəxananın yerləşdiyi ərazini hərrac yolu ilə, rəqabətli şərtlər əsasında təxminən 4 milyon dollara satın alıb.

İonatamişvili bildirib ki, köhnə xəstəxananın bərpası faktiki olaraq mümkün olmayıb və həm yerli, həm də xarici şirkətlər onun reabilitasiyası layihəsində iştirak etməkdən imtina ediblər.

Onun sözlərinə görə, İvanişvili Abastumanın ambulatoriyasını da təmir etdirib və müasir tibbi avadanlıqlarla təchiz edib.

Deputat həmçinin Abastumandakı tarixi Romanovlar sarayına toxunaraq bildirib ki, İvanişvilinin səyləri nəticəsində saray əvvəlki görünüşünə qaytarılıb.

İonatamişvili qeyd edib ki, Abastumanda inşa edilən yeni hotel uzunmüddətli perspektivdə digər bizneslərin inkişafına, yeni iş yerlərinin yaradılmasına və yerli əhalinin gəlirlərinin artmasına imkan verə bilər. Onun fikrincə, bu layihə həmçinin kurortun turistlər üçün cəlbediciliyini və beynəlxalq tanınmasını artıracaq.

“Saakaşvilidən fərqli olaraq, nə Bidzina İvanişvili, nə də ‘Gürcü Arzusu’nun hər hansı nümayəndəsi Abastumanı Bidzina İvanişvilinin təsis etdiyini demir. Lakin heç kim inkar edə bilməz ki, tərk edilmiş və unudulmuş unikal kurorta yeni həyat verilməsi məhz onun xidmətidir”, – deyə İonatamişvili bildirib.

O, həmçinin İvanişvilinin müxtəlif bölgələrdə həyata keçirdiyi digər xeyriyyə layihələrini də xatırladıb. Deputatın sözlərinə görə, dövlətin maliyyə imkanlarının məhdud olduğu dövrdə İvanişvili Saçxere-Qomi və Saçxere-Zestafoni avtomobil yollarının yenidən qurulmasını maliyyələşdirib.

İonatamişvili radikal müxalifəti İvanişvilinin xeyriyyə fəaliyyətini tənqid etməkdə ittiham edərək bildirib ki, həmin şəxslər Gürcüstanda yaşasalar da, ölkə üçün faydalı layihələr həyata keçirmirlər, əksinə, ölkəyə zərər vurmağa çalışırlar.

Onun sözlərinə görə, müxalifət nümayəndələri eyni zamanda İvanişvilinin Gürcüstanda inşa etdirdiyi yollar, muzeylər və digər ictimai məkanlardan istifadə edirlər.

Məqalənin müəllifiInterPress.ge