InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin Administrasiyası məlumat yayıb.
Məlumata görə, əfv qərarı 217 məhbus və həbs cəzası olmayan 6 şəxsi əhatə edib. Bundan əlavə, 3 şəxsin məhkumluğu götürülüb.
Prezident Administrasiyasının açıqlamasında qeyd olunub ki, dövlət başçısının Konstitusiya ilə ona verilmiş müstəsna səlahiyyətdən istifadə etməsi humanizm prinsipi və dövlət maraqlarına əsaslanır.
