Bizimlə əlaqəHaqqımızda—
Ən son:
InterPress.ge saytının fəaliyyəti bərpa olunubAvropa Komissiyasının hesabatı: Gürcüstan hakimiyyətinin anti-Avropa ritorikası ölkənin Aİ-yə üzvlük istəyinə zidd olubAvropa Komissiyası: Gürcüstanda məhkəmə sistemi və fundamental hüquqlar sahəsində geriləmə ardıcıl üçüncü ildir davam edirPavel Herçinski: “Gürcüstan nə vaxtsa Avropa İttifaqına üzv olmaq istəyirsə, Avropa qanunlarını qəbul etməlidir”“İnterpol”un qırmızı bülleteni ilə axtarışda olan Türkiyə vətəndaşı saxlanılıbTbilisidə külli miqdarda metadonla bağlı iki xarici ölkə vətəndaşı saxlanılıbFermerlər Assosiasiyası: “İşçi qüvvəsi kənd təsərrüfatının əsas üç probleminə daxildir”Gürcüstanda qeydiyyatda olan avtomobillərin sayı 2 milyonu ötüb - Ən çox hansı bölgədədir?InterPress.ge saytının fəaliyyəti bərpa olunubAvropa Komissiyasının hesabatı: Gürcüstan hakimiyyətinin anti-Avropa ritorikası ölkənin Aİ-yə üzvlük istəyinə zidd olubAvropa Komissiyası: Gürcüstanda məhkəmə sistemi və fundamental hüquqlar sahəsində geriləmə ardıcıl üçüncü ildir davam edirPavel Herçinski: “Gürcüstan nə vaxtsa Avropa İttifaqına üzv olmaq istəyirsə, Avropa qanunlarını qəbul etməlidir”“İnterpol”un qırmızı bülleteni ilə axtarışda olan Türkiyə vətəndaşı saxlanılıbTbilisidə külli miqdarda metadonla bağlı iki xarici ölkə vətəndaşı saxlanılıbFermerlər Assosiasiyası: “İşçi qüvvəsi kənd təsərrüfatının əsas üç probleminə daxildir”Gürcüstanda qeydiyyatda olan avtomobillərin sayı 2 milyonu ötüb - Ən çox hansı bölgədədir?
TV

Kobaxidze: Cənubi Qafqaz ölkələri arasında sülh və sabitliyin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır

124
Kobaxidze: Cənubi Qafqaz ölkələri arasında sülh və sabitliyin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır
Dinləmək üçün basın

“Regionda baş verən geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqaz ölkələri arasında sülh və sabitliyin möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Gürcüstan regionda dinc yanaşı yaşamağın və dialoqun hər zaman qətiyyətli tərəfdarı olub”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasında çıxışı zamanı bildirib.

İrakli Kobaxidzenin sözlərinə görə, Gürcüstan və Azərbaycanı çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir.

“Azərbaycan Respublikasının nümayəndə heyətini Gürcüstanda qəbul etməkdən və həmsədr qismində Gürcüstan və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasını açmaqdan məmnunam.

Gürcüstan və Azərbaycanı çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Xalqlarımız əsrlər boyu bir-birinin yanında yaşayıb, qarşılıqlı şəkildə ənənələrə və milli maraqlara hörmət edib. Məhz bu qarşılıqlı hörmət tərəfdaşlığımızın möhkəm təməli olub və olaraq qalır.

Strateji tərəfdaşlığımız ən yüksək səviyyədə müntəzəm siyasi dialoqla müşayiət olunur. Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gürcüstana son səfərini xüsusi qeyd etmək istərdim. Bu səfər münasibətlərin inkişaf etdirilməsi və daha da dərinləşdirilməsi istiqamətində qarşılıqlı marağı bir daha təsdiqlədi.

Bu gün regionda baş verən geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqaz ölkələri arasında sülh və sabitliyin möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Gürcüstan regionda dinc yanaşı yaşamağın və dialoqun hər zaman qətiyyətli tərəfdarı olub.

Buna görə də qonşu ölkələrimiz arasında başlanmış sülh prosesini alqışlayır və ümid edirik ki, bu proses regionda uzunmüddətli sülhün bərqərar olmasına və iqtisadi inkişafına zəmin yaradacaq”, – deyə İrakli Kobaxidze bildirib.

Məqalənin müəllifiInterPress.ge