Bizimlə əlaqəHaqqımızda—
Ən son:
InterPress.ge saytının fəaliyyəti bərpa olunubAvropa Komissiyasının hesabatı: Gürcüstan hakimiyyətinin anti-Avropa ritorikası ölkənin Aİ-yə üzvlük istəyinə zidd olubAvropa Komissiyası: Gürcüstanda məhkəmə sistemi və fundamental hüquqlar sahəsində geriləmə ardıcıl üçüncü ildir davam edirPavel Herçinski: “Gürcüstan nə vaxtsa Avropa İttifaqına üzv olmaq istəyirsə, Avropa qanunlarını qəbul etməlidir”“İnterpol”un qırmızı bülleteni ilə axtarışda olan Türkiyə vətəndaşı saxlanılıbTbilisidə külli miqdarda metadonla bağlı iki xarici ölkə vətəndaşı saxlanılıbFermerlər Assosiasiyası: “İşçi qüvvəsi kənd təsərrüfatının əsas üç probleminə daxildir”Gürcüstanda qeydiyyatda olan avtomobillərin sayı 2 milyonu ötüb - Ən çox hansı bölgədədir?InterPress.ge saytının fəaliyyəti bərpa olunubAvropa Komissiyasının hesabatı: Gürcüstan hakimiyyətinin anti-Avropa ritorikası ölkənin Aİ-yə üzvlük istəyinə zidd olubAvropa Komissiyası: Gürcüstanda məhkəmə sistemi və fundamental hüquqlar sahəsində geriləmə ardıcıl üçüncü ildir davam edirPavel Herçinski: “Gürcüstan nə vaxtsa Avropa İttifaqına üzv olmaq istəyirsə, Avropa qanunlarını qəbul etməlidir”“İnterpol”un qırmızı bülleteni ilə axtarışda olan Türkiyə vətəndaşı saxlanılıbTbilisidə külli miqdarda metadonla bağlı iki xarici ölkə vətəndaşı saxlanılıbFermerlər Assosiasiyası: “İşçi qüvvəsi kənd təsərrüfatının əsas üç probleminə daxildir”Gürcüstanda qeydiyyatda olan avtomobillərin sayı 2 milyonu ötüb - Ən çox hansı bölgədədir?
TV

Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava baş verib

269
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava baş verib
Dinləmək üçün basın

Ermənistan parlamentində deputatlar arasında fiziki qarşıdurma yaşanıb.

InterPress.ge xəbər verir ki, bu barədə “Armenpress” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Ermənistan Milli Məclisində Audit Palatasının üzvünün seçilməsi məsələsi müzakirə olunarkən deputatlar arasında mübahisə davaya çevrilib.

Məlumata əsasən, hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvü Taron çaxoyan çıxışı zamanı “Güclü Ermənistan” partiyasının lideri Narek Karapetyana müraciət edib. O bildirib ki, Karapetyanın əmisi oğlu parlament seçkilərindən əvvəl səsləndirdiyi fikirlərə görə hələ də üzr istəməyib.

Həmin açıqlamada hakimiyyətə gələcəkləri təqdirdə qadınların ehtiyaclarını qarşılamaq məqsədilə ayrıca nazirlik yaratmağı planlaşdırdıqları bildirilmişdi.

Nəşrin yazdığına görə, Narek Karapetyan çaxoyanın çıxış etdiyi tribunaya yaxınlaşıb və bundan sonra parlamentdə fiziki qarşıdurma başlayıb.

Hadisədən sonra Ermənistan Milli Məclisinin iclasında fasilə elan edilib.

Məqalənin müəllifiInterPress.ge