InterPress.ge xəbər verir ki, Qorduladzenin sözlərinə görə, Sioridzenin Konstitusiya Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin Pravoslav Kilsəsinin nümayəndələrini dinləməsi ilə bağlı səsləndirdiyi bəyanat yalandır və bütün hədləri aşır.
“Cənab Sioridze, dünən əsəblərinə hakim ola bilmədiyi aydındır, heç olmasa indi sakitləşsin və burada yalanları təkrarlamağa, dezinformasiya yaymağa son qoysun. Pravoslav Kilsəsi və dövlət təhlükəsizliyi haqqında necə danışdığınızla bağlı sizə heç kim irad bildirmir.
Cənab Sioridzenin özünə rəva gördüyü və Konstitusiya Məhkəməsində etdiyi şey – guya Dövlət Təhlükəsizliyi Xidmətinin Pravoslav Kilsəsinin nümayəndələrini dinləməsi barədə dedikləri – tamamilə yalan və dezinformasiyadır. O, bu cür iddianı məhkəmə qarşısında səsləndirməyə cəsarət edir.
Belə yalanların yayılması artıq qəzəbləndiricidir və bütün hədləri aşır”, – deyə Arçil Qorduladze bildirib.
